İtaliya klubunda baş məşqçi istefası

10:57 - 1 Dekabr 2016

İtaliyanın "Palermo” klubunun baş məşqçisi Roberto De Zerbi istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, "Palermo” İtaliya kubokunda "Spetsiya”ya məğlub olub. Bundan sonra klubun prezidenti Mauritsio Dzamparini 37 yaşlı mütəxəssisi qovmaq qərarına gəlib.

 

Zerbi "Palermo”da sentyabr ayından çalışırdı.

 
Qeyd edək ki, "Palermo”ya bundan sonra Eusenio Korini rəhbərlik edəcək. Korini 2014-cü ildə "Kyevo”dan istefaya göndəriləndən sonra işsiz idi.

Xəbər xətti