“Sent Etyen”lə ev matçında qələbə qazanacağımıza inanırdıq. Ancaq son dəqiqələrdə buraxdığımız qol bizi üzdü. Üstəlik, səfər matçında da qalib gələ bilmədik. Həmin oyun haqda hələ də geniş müzakirələr aparırıq".
Sportal.az xəbər verir ki, bu sözlər Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ” ilə eyni qrupda yer alan Almaniyanın "Maynts” klubunun futbolçusu Danni Latzaya məxsusdu.
Komandasının Avropa Liqasındakı çıxışından danışan futbolçu qrupdan çıxa bilmədiklərinə görə məyus olduğunu deyib:
"Qrupda son oyunumuzu evdə "Qəbələ”yə qarşı keçirəcəyik. Düşünürəm ki, komandamız yaxşı təcrübə qazandı. Şəxsən mənim üçün Avropa Liqasında oynamaq çətin idi. Komandamıza kömək edə bilmədiyimə görə təəssüflənirəm. Artıq Avropa Liqasını kənara qoymalı, Bundesliqadakı oyunlarımıza köklənməlyik”.
Qeyd edək ki, "Maynts” – "Qəbələ” oyunu dekabrın 8-də keçiriləcək.
saytlarin hazirlanmasi