"Qarabağ" və "Qəbələ"nin matçları sükutla başlayacaq

16:48 - 1 Dekabr 2016

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun bütün oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.

 

Sportal.az xəbər verir ki, bu haqda qərarı UEFA qəbul edib. Qurumun saytının yaydığı xəbərə görə, bir dəqiqəlik anma aksiyası bu günlərdə Kolumbiyada təyyarə qəzası zamanı həlak olan Braziliyanın “Şapekoense” futbol klubunun üzvlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçiriləcək.

 

Avropa Liqası ilə yanaşı, Çempionlar Liqasının son turunun oyunlarında da bir dəqiqəlik sükut elan olunacaq.

 

Qeyd edək ki, qrup mərhələsinin son turunda təmsilçilərimizdən "Qarabağ" doğma meydanda "Fiorentina"nı qəbul edəcək. "Qəbələ" isə Almaniyada "Maynts"ın qonağı olacaq.

Xəbər xətti