İtaliya A Seriyasında mübarizə aparan "Torino" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi İtaliya millisinin də şərəfini qoruyan hücumçusu Andrea Belotti ilə müqavilə müddətini 2021-ci ilə qədər uzadıb.
22 yaşlı futbolçunun yeni müqaviləsindəki şərtə görə, onu transfer etmək istəyən klub 100 milyon avrosundan keçməlidir.
Belotti bu mövsüm “öküzlər”in heyətində 13 oyunda 10 qol vurub.
saytlarin hazirlanmasi