“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Fiorentina” İtaliya A Seriyasının 15-ci turunda “Palermo”nu 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra “bənövşəyilər”in baş məşqçisi Paulo Souza mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Belə olacağını bilirdik. Çox çətin oyun oldu. Qələbə qazansaq da, bu matçda istənilən kimi çıxış etmədik.
Souza müdafiə xəttindən narazılığını dilə gətirib:
“Heyətimizdə daha çox hücumameyilli futbolçular çoxdur. Müdafiədə isə bəzən problemlərimiz olur”.
Mütəxəssis hakimlərin qərarları haqda danışmaqdan imtina edib:
“Hakimlərin qərarları haqda danışmayacam. “İnter”lə oyunda da müəmmalı qərarlara rəy bildirməmişdim. Bu dəfə də elə olacaq”.
Portuqaliyalı çalışdırıcı 93-cü dəqiqədə gələn qələbə qolunun onlarda özünəinam hissi yaratdığını bildirib:
“Sona qədər mübarizə apardıq və qələbə qolunu 93-cü dəqiqədə urmağa müvəffəq olduq. Bütün futbolçular bu qələbəni xüsusi şəkildə qeyd etdilər. Bu qələbə bizdə önüəinam hissi yaradacaq”.
46 yaşlı baş məşqçi “3-4-1-2” taktikasında komandasının inamlı çıxışı davam etdirəcəyinə inandığnı sözlərinə əlavə edib:
“Babakar və Kaliniç hücum xəttində çox yaxşıdılar. Hər iki hücumçunun çıxışı məni qane edir. Bu tip futbolçular cərimə meydançasında çətin vəziyyətdə olsalar belə, fərqlənməyi bacarırlar. Kuma Babakar son zamanlar yüksəlişdədir. Ümid edirəm ki, onun qolları bizi daha da irəli aparacaq”.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin VI turunda “Fiorentina” dekabrın 8-i Bakıda “Qarabağ”ın qonağı olacaq.
saytlarin hazirlanmasi