Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun matçları çərçivəsində baş tutacaq "Maynts" - "Qəbələ" matçının hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, görüşü uelsli hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Simon Li Evans olacaq.
Baş hakim: Simon Li Evans
Yan xətt hakimləri: Qaret Uin-Cons, Lyuis Roz Edvards
Köməkçi hakimlər: Brim Markem-Cons, Nik Prett
Dördüncü hakim: Daniel Bekett (hamısı Uels)
UEFA nümayəndəsi: Ar Habixt (Estoniya)
Hakim-inspektor: İmon Nouton (İrlandiya)
Qeyd edək ki, "Maynts" - "Qəbələ" oyunu dekabrın 8-i keçiriləcək.