Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” evdə “Fiorentina”nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, matçı xorvatiyalı baş hakim İvan Bebek idarə edəcək. Bu onun klublarımızın oyunlarına 3-cü təyinatıdır. Bebek 2005-ci ildə də ölkəmizə gəlib. Həmin vaxt xorvatiyalı Çempionlar Liqasının “Neftçi” – “Hafnarfyordur” (2:0) (İslandiya) görüşündə fit çalıb.
Bebek “Qəbələ”nin Dortmund “Borussiya”sına qarşı keçirdiyi qarşılaşmada fit çalıb. Həmin görüş almanların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xorvat referi millimizin AÇ-2008-in seçmə mərhələsində Azərbaycan yığmasının Portuqaliyaya qarşı keçirdiyi oyunda ədaləti qoruyub. Komandamız bu oyunda 0:2 hesabı ilə uduzub. O, həmin oyunda sabiq "Qarabağ"lı Aslan Kərimova Kriştiano Ronaldonu dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə göstərib.
Bebek azərbaycanlı azarkeşlərə “Braqa” – “Fənərbaxça” oyunundan da tanışdır. Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən oyunda İstanbul klubuna qarşı qərəzli qərarları ilə diqqət çəkən xorvatiyalı referi “Fənərbaxça” klubu tərəfindən UEFA-ya şikayət olunub.
saytlarin hazirlanmasi