"Fənərbaxça"nın oyununu ispanlar idarə edəcək

16:37 - 5 Dekabr 2016

"Fənərbaxça" Avropa Liqası qrup mərhələsinin son turunda səfərdə "Feyenoord"un qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmanı idarə edəcək hakimlər məlum olub. Belə ki, Hollandiyada baş tutacaq matçda ədaləti İspaniya Futbol Federasiyasından David Fernandes Borbalan qoruyacaq. Ona həmyerliləri Roberto Alonso və Raul Kabanero kömək edəcək.

 

Qeyd edək ki, "Feyenoord" - "Fənərbaxça" görüşü 8 dekabr, Bakı vaxtilə saat 00:00-da start götürəcək.

Xəbər xətti