Ölkəmizi Avropa Liqasında təmsil "Qarabağ" qrup mərhələsinin sonuncu matçında "Fiorentina"nı qəbul edəcək.
Sportal.az-ın məlumatına görə, Florensiya təmsilçisinin baş məşqçisi Paulo Souza həlledici oyunda heyətdə bəzi dəyişikliklər etmək niyyətindəir. İtaliya mətbuatında yer alan məlumata görə, portuqaliyalı mütəxəssis ölkə çempionatının son turunda "Palermo" ilə matçdakı heyətin bəzi üzvlərinə istirahət verəcək. Milan Badel, Mauro Zarate, Kuma Babakar, Federiko Çiesa, Karlos Sançes kimi futbolçuların "Qarabağ"la oyunda start heyətdə yer alacaqları gözlənilir.
Souzanın Nikola Kaliniç, Josip İliçiç, Kristian Telyo və Federiko Bernardeşini ilk dəqiqələrdən oyuna buraxmaq niyyətində olmadığı qeyd edilib.
Əlavə edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 8 dekabr, saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi