Millimizin potensial rəqibləri müəyyənləşdi

18:50 - 6 Dekabr 2016

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin 16 iştirakçısından 15-i müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının Peşəkar Futbol Departamentinin rəhbəri Sergey Kulikov açıqlama verib.

 

O bildirib ki, indiyədək Rusiya, Azərbaycan, Yunanıstan, Slovakiya, Bolqarıstan, Hindistan, İran, Sloveniya, Belarus, Latviya, Estoniya, Litva, Qazaxıstan, Moldova və Sankt-Peterburq komandaları yarışa qatılacaqlarını təsdiqləyib. Bu isə o deməkdir ki, millimizin potensial rəqiblərindən 14-ü bəllidir. 16-cı iştirakçı isə hələ müəyyənləşməyib. Komandalar 1999-cu il təvəllüdlü oyunçulardan təşkil olunacaqlar. Turnir 2017-ci ilin 7 - 22 yanvarında keçiriləcək.

 

Qeyd edək ki, ölkəmizi Təbriz Həsənovun rəhbərlik etdiyi 19 yaşadək futbolçulardan ibarət milli komanda təmsil edəcək.

Xəbər xətti