Ölkəmizi Avropa Liqasında təmsil "Qarabağ" qrup mərhələsinin sonuncu matçında "Fiorentina"nı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Florensiya təmsilçisinin zədədən yeni qayıdan futbolçusu Matias Vesino açıqlama verib. 25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının finalına qədər irəliləmək istədiklərini bildirib:
“Özümü yaxşı hiss edirəm. Komandama kömək etməyə hazıram. Avropa Liqasında “Qarabağ”a qarşı oynaya bilərəm. Hər iki komanda üçün bu oyun vacibdir. “Sassuolo” ilə oyunöncəsi qələbə qazanmaq yaxşı olardı. Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparmaq istəyirik. Bunu reallaşdırmaq üçün A Seriyasında ilk 3 pilləni tutmalıyıq və ya Avropa Liqasının qalibi olmaqla bunu bacarmaq olar. Avropa Liqasının finalına qədər irəliləmək istəyirik. Düzdür, bu, indidən yuxu kimi görünür və indidən danışmaq çox tezdir. Fikrimcə, Çempionlar Liqasına vəsiqə qazanmağımız üçün ən asan yol Avropa Liqasından keçir".
Uruqvaylı futbolçu İngiltərə Premyer Liqasında oynamaq istədiyini dilə gətirib:
“Bir gün İngiltərədə Premyer Liqasında çıxış etmək istəyirəm. Hansı klub? “Liverpul”da oynamaq istərdim. “Qırmızılar”a xüsusi simpatiyam var”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma 8 dekabr, saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi