Avropa Liqasının qrup mərhələsinin son turunda "Qəbələ" səfərdə "Maynts"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, Almaniya mətbuatı bu oyunun heç bir əhəmiyyət daşımadığını və ən yaxşı halda komandalardan birinin qalib gəlməklə büdcəsini 360 min avro zənginləşdirə biləcəyini yazıb.
Bu qarşılaşmada "keçilər"in baş məşqçisi Martin Şmidtin az forma şansı qazanan futbolçulara şans verəcəyi qeyd olunub.
Xatırladaq ki, UEFA Avropa Liqasının qrup mərhələsində klublara qazanılan qələbəyə görə 360, heç-heç-heçə görə isə 120 min avro ödəyir.
saytlarin hazirlanmasi