"Yuventus"un təcrübəli qapıçısı Canluici Buffon Çempionlar Liqası qrup mərhələsi çərçivəsində Zaqreb "Dinamo"suyla oyundan öncə maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, 38 yaşlı "əlcək sahibi" qitənin ən nüfuzlu klub turnirində hər mövsüm zəfər üçün mübarizə apardıqlarını bildirib. Lakin, buna baxmayaraq Buffon Çempionlar Liqası kubokuna ehtiyacının olmadığını deyib:
"Biz hər il Çempionlar Liqasında uğur qazanmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Uğurlu karyeram və çoxlu kuboklarım var. Amma kolleksiyamda əksik olan yeganə kubok ÇL kubokudu. Buna görə də hər mövsüm mənə bu sual verilir. Çox uğurlarım var, buna görə də Çempionlar Liqası kubokuna ehtiyacım yoxdu, amma qazanmaq da istəyirəm".
Qeyd edək ki, Buffon karyerası ərzində 7 A Seriası, 3 İtalya kuboku, 6 İtaliya Superkuboku, 1 UEFA kuboku və dünya çempionluğu qazanıb. O, həmçinin 2003 və 2015-ci illərdə ÇL-də final oynayıb.
saytlarin hazirlanmasi