Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”ın qonağı olacaq “Fiorentina”nın qapıçısı Kiprian Tataruşanu oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, qapıçı oyunla bağlı bunları deyib:
- “Qarabağ” hansı cəhətinə görə “Fiorentina”ya təhlükə yarada bilər?
- Bizim qorxumuz yoxdur. Hər oyuna qalib gəlmək üçün çıxırıq. “Qarabağ” yaxşı komandadır. Bizim üçün də, “Qarabağ” üçün də oyun çətin olacaq.
- Hər oyuna qələbə üçün çxıdığını bildirdiz. Bəs, PAOK-la matça nə üçün çıxmışdız?
- Təbii ki, PAOK-u da məğlub etmək istəyirdik. Çoxlu şanslarımız var idi, amma yararlana bilmədik. PAOK da güclü komandadır.
- Fiorentina hansı dövrünü yaşayır?
- Məncə, yaxşı dövr keçiririk. Avropa Liqasının qrupunda liderik. Yaxşı oyunlar keçiririk.
- Bura gəlmək sizin planlarınızı nə dərəcədə pozdu? Yorğunluq, yol məsafsini nəzərdə tuturam…
- Heç nə itirmədik. Hər şey qaydasındadır.
- PAOK-u hər iki oyunda məğlub edən “Qarabağ”dan qorxmursuz?
- Futbolda belə müqayisəni etmək düzgün deyil. Ona qalsa, biz “Qarabağ”I 5:1 hesabı ilə darmadağın etmişik.