"Maynts"ın baş məşqçisi: "Qəbələ"nin oyununu bəyənirəm"

11:02 - 8 Dekabr 2016

"Maynts" Avropa Liqasının qrup mərhələsinin son turunda "Qəbələ"ni qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, "keçilər"in baş məşqçisi Martin Şmidt oyunönəsi fikirlərini bölüşüb:

 

“İstərdik ki, növbəti mərhələyə yüksələk, amma bacarmadıq. İlk dəfə çıxış etdiyimiz turnir bizə yaxşı təcrübə qazandırdı. Bu qarşılaşmanın heç bir əhəmiyyəti olmasa da, nüfuz, maddi və reytinq baxımından qalib gəlməyə çalışacağıq. Daha çox gənc oyunçulara şans verəcəm. Amma B və ya C komandası ilə meydana çıxmaq fikrimiz yoxdur. “Qəbələ” qrupda qalib gəlməsə də, yaxşı oyun sərgiləyir. Onların oyununu bəyənirəm”.

 

Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Xəbər xətti