Avropa Liqasında 1/16 finalçılar müəyyənləşdi

10:10 - 9 Dekabr 2016

Təmsilçilərimiz "Qəbələ" və "Qarabağ"ın da iştirak etdiyi Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, ötən gecə keçirilən matçlardan sonra 1/16 final mərhələsinə yüksələn bütün komandaların adına aydınlıq gəlib.

 

"Vilyarreal", "Atletik", "Selta" (hamısı İspaniya), "Genk" "Anderlext", "Gent" (hamısı Belçika), "Roma", "Fiorentina" (hər ikisi İtaliya), AZ, "Ayaks" (hər ikisi Hollandiya), "Zenit", "Krasnodar" (hər ikisi Rusiya),"Olimpiakos", PAOK (hər ikisi Yunanıstan), "Fənərbaxça", "Osmanlıspor" (hər ikisi Türkiyə),  "Mançester Yunayted" (İngiltərə), "Sent Etyen" (Fransa), "Şalke" (Almaniya), "Astra" (Rumıniya), "Şaxtyor" (Ukrayna), "Sparta" (Çexiya), "Hapoel" (Beer-Şeva, İsrail) və APOEL (Kipr) mərhələ adlayıb.

 

Qeyd edək ki, Çempionlar Liqasında qrup üçüncüsü olan 8 komanda - "Beşiktaş", "Tottenhem","Borussiya"  (Münhenqladbax), "Rostov", "Lion", Legiya", "Kopenhagen" və "Ludoqorets" komandaları Avropa Liqasının 1/16 final mərhələsində mübarizə aparacaq.

 

Xəbər xətti