İtaliyanın "Fiorentina" klubu futbolçusu Kuma Babakarı cəzalandıracaq.
Sportal.az xəbər verir ki, buna seneqallı futbolçunun komandanın baş məşqçisi Paulo Souzaya etiraz etməsi səbəb olub.
Babakar Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda baş tutan "Qarabağ" - "Fiorentina" (1:2) oyununda əvəzlənməsinə etiraz edib. Belə ki, 51-ci dəqiqədə yerini Nikola Kaliniçə verən 23 yaşlı hücumçu baş məşqiyə etirazını bildirib. O, Souzanın əlini sıxmayaraq bibraşa soyunub-geyinmə otağına yollanıb.
İtaliya mətbuatının məlumatına görə, Babakar bu hərəkətinə görə portuqaliyalı mütəxəssis tərəfindən cəzalanacaq.
Matç haqda fikirlərini bildirən futbolçu da öz oyunundan narazılğını dilə gətirib. O, oyununun heç cür alınmadığını və "Qarabağ"ın müdafiəçiləri tərəfindən iflic halına salındığını deyib.
saytlarin hazirlanmasi