17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın yeganə qolunu Rəvan Məmmədov vurub.
Qeyd edək ki, Tbilisi şəhərində təlim-məşq toplanışında olan yığma ilk oyununda eyni komandaya 2:3 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi