"Nitsa"nın futbolçusu Mario Balotelli yenidən İtaliya millisinə çağırıla bilər.
Sportal.az xəbər verir ki, bu barədə yığmanın yeni baş məşqçisi Campetro Ventura məlumat verib. O deyib ki, mart ayında millinin oyunları öncəsi M.Balotelli ilə görüşəcək.
Görüşdən sonra Ventura onu yığmaya çağırıb-çağırmayacağı ilə bağlı qərar verəcək.
Qeyd edək ki M.Balotelli sonuncu dəfə 2014-cü ildə milliyə dəvət edilib.
saytlarin hazirlanmasi