"İnter" klubunun çalışdırıcısı Stefano Pioli Qabriel Barbosanın klubdan ayrılacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, məşqçi 20 yaşlı futbolçunun "İnter"də şansının az olduğunu bildirib:
"Mən başa düşürəm ki, o gəncdir və daha çox öyrənməlidir. Onun yaxşı oynamasına nəyin mane olduğunu bilmirəm. Komandanın prezidenti Erik Tohirlə görüşdüm və o mənə dedi ki," İnter" "Qaboqol"u dünyanın ən yaxşı futbolçusu edə bilər. Fiziki cəhətdən çox yaxşıdı, lakin 3 ay ərzində meydanda cəmi 19 dəqiqə oynayıb. Yanvarda biz bu haqda yenidən müzakirə edəcəyik. Danışıqlardan asılı olaraq o ya qalıb inkişaf edəcək, ya da klubdan ayrılacaq".
Qeyd edək ki, "Qabiqol" ləqəbli Barbosa yayda 30 milyon avro qarşılığında "Santos"dan transfer edilib.
saytlarin hazirlanmasi