İtaliya A seriyasının XVIII turu çərçivəsində keçirilən "Torino" - "Cenoa" (1:0) matçı qonaqların gənc futbolçusu Pietro Pelleqri üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, hücum oyunçusu A seriyasında 15 yaş 280-ci günündə debüt edib. Oyunu ilə "yeni Messi" ləqəbi qazanan Pelleqri matçın 88-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, Pelleqri bu göstəriciyə görə, A seriyasında debüt edən ən gənc oyunçu Amadeinin rekordunu təkrarlayıb. Amadei 1937-ci ildə 15 yaşında "Roma" ilə A seriyasında ilk oyununa çıxmışdı.
saytlarin hazirlanmasi