Maradona: "O, imkanı olsa, arvadını da satar"

11:59 - 29 Dekabr 2016

Dünya futbolunun əfsanəsi Dieqo Maradona sabiq klubu "Napoli"nin prezidenti De Laurentiis haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı klub prezidentini ağır şəkildə aşağılayıb:

 

"De Laurentiis "Yuventus"un hücumçuya ehtiyacı olduğunu gördü və İquaini onlara satdı. O, imkanı olsa, arvadını da satar. Mən "Napoli"ni, İquain isə "Yuventus"u seçdi. Zaman necə də dəyişib. Əvvələr formaya bağlı idik, pula yox".

 

Qeyd edək ki, Qonsalo İquain yayda 94 milyon avro qarşılığnda "Napoli"dən "Yuventus"a keçib.

Xəbər xətti