"Everton"un hücumçusu 1 il futbolsuz qalacaq

11:52 - 5 Yanvar 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan "Everton"un futbolçusu Yannik Bolasie uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

 

Sportal.az xəbər verir ki, 1 ay öncə dizindən zədələnən 27 yaşlı hücumçunun zədəsi haqda komandanın baş məşqçisi Ronald Kuman məlumat verib. Təcrübəli mütəxəssis futbolçunun durumunun gözlədiklərindən daha ciddi olduğunu deyib. O, bildirib ki, Bolasie təxminən 1 il sonra məşqlərə başlaya biləcək. 


Qeyd edək ki, konqolu futbolçu mövsümün əvvəlində "Kristal Pelas"dan "Everton"a transfer olunmuşdu. O, komandanın heyətində keçirdiyi 13 oyunda 1 qol vurmağı bacarmışdı. 

 

Xəbər xətti