"Arsenal"ın baş məşqçisi Arsen Venger Premyer Liqanın 20-ci turunda "Çelsi"nin "Tottenhem"ə məğlub olmasına (0:2) münasibət bildirib.
Sportal.az xəbər verir ki, fransız çalışdırıcı "zadəgnların" məğlubiyyətinin çempionatın gedişinə təsir edəcəyini bildirib. 67 yaşlı mütəxəssis çempionluq ümidlərinin yenidən yarandığını söyləyib:
"Hazırda "Çelsi" zirvədə tək görünə bilər. Amma uğurlu seriyanız başa çatanda rəqiblərinizin ümidləri yenidən doğulur. Bu mənada Premyer Liqada çempionluq yarışının yenidən başladığını düşünürəm".
Qeyd edək ki, 20 turdn sonra aktivində 41 xal olan "Arsenal" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Topçular" lider "Çelsi"dən 8 xal geridədi.
saytlarin hazirlanmasi