İngiltərə Premyer Liqasında mübarizə aparan "Everton" klubu heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, Liverpul təmsilçisi "Çarlton"da çıxış edən Ademola Lokamanı transfer edib. 19 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb.
İngiltərə məbuatının verdiyi məlumata görə, "Everton" ingilis hücumçuya görə Çempionşip təmsilçisinə 11 milyon funt-sterlinq ödəyib. Bu isə rekord məbləğ deməkdi. Belə ki, bunadək Çempionşipdən Premyer Liqaya bu qiymətə heç bir futbolçu transfer edilməyib.
Qeyd edək ki, İngiltərənin 20 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olan Lokaman bu mövsüm "Çarlton"un heyətində 21 oyun keçirib və 5 qol vurub.
saytlarin hazirlanmasi