"Çelsi"nin daha bir futbolçusu Çin klubunda

10:10 - 6 Yanvar 2017

"Çelsi"nin yarımmüdafiəçisi Con Obi Mİkel özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, nigeriyalı oyunçu "Valensiya" ilə ilkin razılığa gəlsə də, Çindən gələn təklif onun ağlını başından çıxarıb. 29 yaşlı futbolçu Çin Super Liqasında mübarizə aparan "Tianjin Teda" klubuna transfer olub.

 

Obi Mikel yeni klubu ilə 2019-cu ilə qədər müqailə imzalayıb. Onun həftəlik maaşı 180 min avro olacaq.

 

Qeyd edək ki, Con Obi Mikel 2006-cı ildən "Çelsi"də çıxış edirdi.

 

Xatırladaq ki, ötən günlərdə "Çelsi"nin digər futbolçusu braziliyalı futbolçusu Oskar "Şanxay SİPG" klubuna transfer olmuşdu.

Xəbər xətti