Qadın futbolçu həyat yoldaşının oynadığı klubdan ayrıldı

11:52 - 6 Yanvar 2017

ABŞ-ın qadınlardan ibarət milli komandasının üzvü Aleks Morqan klubunu dəyişib. 

 

Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu ölkəsinin "Orlando Prid" klubundan getmək qərarına gəlib. Dünyanın ən güclü qadın futbolçularından hesab edilən Morqan bundan sonra Fransanın "Lion" klubunun qadınlardan ibarət komandasında çıxış edəcək. O, "Lion"a icarə əsasında keçib. 

 

Yerli mətbuata açıqlama verən qadın futbolçu Fransa klubuna keçidi haqda danışıb:

 

"Həyat yoldaşımın da çalışdığı "Orlando"da qalmaq ən ideal variant idi. Ancaq içimdən gələn səsi dinləməyim vacib idi. İçimdəki səs "Lion"u seç" dedi". 

 

Qeyd edək ki, Morqanın həyat yoldaşı Servando Karrasko "Orlando"nun kişilərdən ibarət komandasında forma geyinir.

Xəbər xətti