"Cim bom" 19 yaşlı qapıçının ümidinə qaldı

16:15 - 6 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan "Qalatasaray" klubunun hər 3 qapıçısı zədələnib. 

 

Sportal.az xəbər verir ki, komandanın əsas qolkiperi Fernando Musleranın barmağı sındığı üçün növbəti oyunlarda iştirak edə bilməyəcək. Komandanın ikinci qapıçısı Cenk Gönən əməliyyat olunduğu üçün məşqlərə davam edə bilmir. 3-cü qapıçı Eray İşçan isə məşq zamanı əzələsini dartıb.

 

Türkiyə mətbuatında yayılan məlumata görə, "cim bom" aşağı yaş qruplarında çıxış edən qapıçılara ümid olub. Belə ki, "Qalatasray"ın 19 yaşadək futbolçulardan ibarət komandasının qolkiperi Ahmet Gül bu gün Antalaydakı toplanışa qoşulub. Ahmetdən əlavə komanda 17 yaşlı qolkiper Batuhan Şeni də heyətə qatıb.

Xəbər xətti