"Mançester Siti" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bavariya"nın futbolçusu Holger Batştuberin xidmətində maraqlıdı. "Şəhərlilər" Almaniya millisinin üzvünü icarə əsasında heyətinə qatmaq istəyir.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2007-ci ildən "Bavariya"da çıxış edir. O, Münhen təmsilçisinin heyətində 118 qarşılaşmada meydana çıxıb.
saytlarin hazirlanmasi