Özil məşqlərə başladı

00:23 - 7 Yanvar 2017

"Arsenal"ın futbolçusu Məsut Özil məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, türkəsilli yarımmüdafiçi artıq sağalıb. Ancaq buna baxmayaraq, onun İngiltərə kubokunda yanvarın 7-i keçiriləcək "Preston"a qarşı oyunda iştirak edəcəyi gözlənilmir. Arsen Vengerin növbəti həftədən M.Özilə şans verəcəyi bildirilir.

 

Qeyd edək ki, 28 yaşlı futbolçu qrip olduğu üçün iki oyun buraxıb.

Xəbər xətti