Türkiyə millisinin üzvü "Volfsburq"da

12:50 - 7 Yanvar 2017

Almaniya Bundesliqa təmsilçisi “Volfsburq” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, “canavarlar” Türkiyə millisinin və “Maynts”ın üzvü Yunus Mallını heyətinə cəlb edib. Mallıyla 4,5 illik müqavilə imzalanıb. “Yaşıl-ağlar” 24 yaşlı futbolçu üçün qarşı tərəfə 12,5 milyon avro ödəyib.

 

Türkiyə millisinin üzvü transferindən danışıb:

 

“Çox xoşbəxtəm. “Volfsburq” mənim transferimdə çox istəkli idi. “Volfsburq”u karyeramda önəmli addım olaraq qiymətləndirirəm”

 

2011-ci ildən “Maynts”da top qovan Yunus, cari mövsümdə meydana çıxdığı 24 oyunda 8 qol vurub.

 

Xəbər xətti