Kazımın yeni komandası məlum oldu

14:05 - 7 Yanvar 2017

Türkiyə millisinin sabiq üzvü Kolin Kazımın yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, futbolçu karyerasını "Korintians"da davam etdirəcək.

 

Bu barədə məlumatı Braziliya klubunun rəsmi "twitter" hesabı yayıb. 30 yaşlı hücumçu tibbi baxışdan keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, bu keçid üçün "Korintians" "Koritiba"ya 1,8 milyon transfer haqqı ödəyib.

Xəbər xətti