Potuqaliya millisinin sabiq üzvü Rikardo Karvalyo da karyerasını Çində davam etdirəcək.
Sportal.az xəbər verir ki, 38 yaşlı təcrübəli müdafiəçi həmyerlisi Andre Villa-Boaşın rəhbərlik etdiyi “Şanxay SİPG” klubunda məşqlərə başlayıb. Onun bu klubla müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, Rikardo Karvalyonun son klubu “Monako” olub. Buna qədər o, “Portu”, “Çelsi” və “Real” kimi komandalarda çıxış edib.
saytlarin hazirlanmasi