Felipe Melonun yeni komandası məlum oldu

17:40 - 8 Yanvar 2017

Braziliya millisinin sabiq üzvü Felipe Melo İtaliyanın "İnter" klubundan ayrılıb. 

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını ölkəsində davam etdirəcək. O, Braziliya A Seriyasında mübarizə aparan "Palmeyras" klubu ilə münasibətlərini rəsmiləşdirib. Bu barədə məlumatı "Palmeyras"ın rəsmi saytı yayıb. Klub 33 yaşlı futbolçunun müqaviləsinin şərtləri haqda məlumat verməyib.

 

Qeyd edək ki, karyerası ərzində "Fiorentina" və "Yuventus" kimi tanınmış klublarda top qovan Melo "İnter"ə 2015-ci ildə Türkiyənin "Qalatasaray" klubundan transfer olunmuşdu.

 

Xəbər xətti