"Trabzonspor" hücumçusunu icarəyə verdi

18:43 - 8 Yanvar 2017

Türkiyənin “Trabzonspor” klubu iki futbolçusunu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, hücumçu Muhammet Dəmir və yarımmüdafiəçi Sefa Yılmaz mövsümün sonuna qədər “Qaziantepspor”da çıxış edəcək.

 

Qeyd edək ki, Türkiyə mətbuatı milli komandamızın üzvü Ramil Şeydayevin "Samsunspor"a icarəyə veriləcəyini yazsa da, aşağı liqa klubunun baş məşqçisi Osman Özköyklü gənc hücumçunun təcrübəsiz olduğunu bildirərək forvarddan imtina etmişdi.

Xəbər xətti