"Osmanlıspor"u "Şapekoense"yə dəyişdi

00:54 - 9 Yanvar 2017

Braziliyalı qapıçı Artur Moraes Türkiyənin "Osmanlıspor" klubundan ayrılıb. 

 

Sportal.az xəbər verir ki, 35 yaşlı qolkiper karyerasını ölkəsində davam etdirəək. O, Braziliya A Seriyasında mübarizə aparan "Şapekoense" klubu ilə anlaşıb. Portuqaliyanın "Rekord" qəzetinin yaydığı xəbərə görə, Artur yeni klubu ilə münasibətlərini yaxın günlərdə rəsmiləşdirəcək.

 

Qeyd edək ki, "Şapekoense" ötən ilin noyabr ayının 29-da Kolumbiyada baş verən təyyarə qəzasında heyətinin böyük hissəsini itirmişdi.

Xəbər xətti