"Mançester Yunayted"in superulduzu Zlatan İbrahimoviç növbəti hərəkəti ilə gündəmi zəbt edib.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu həyat yoldaşı Elena Şegerə şəkil hədiyyə edib. İbra "Vest Bromviç"ə vurduğu qol zamanı Jessi Linqardla yaşadığı sevinci əks etdirən fotonu xanımına hədiyyə edib.
Qeyd edək ki, İbrahimoviç jurnalistin "Xanımınıza doğum günündə nə hədiyyə edəcəksiz?" sualına cavab olaraq "Ona heç nə almayacam. Onsuz da o Zlatana sahibdir" - demişdi.
saytlarin hazirlanmasi