Millinin sabiq üzvünün Çin klubuna keçidi rəsmiləşdi

13:33 - 9 Yanvar 2017

Potuqaliya millisinin sabiq üzvü Rikardo Karvalyo karyerasını Çində davam etdirəcək. 
 

Sportal.az xəbər verir ki, 38 yaşlı təcrübəli müdafiəçi həmyerlisi Andre Villa-Boaşın rəhbərlik etdiyi “Şanxay SİPG” klubuna azad agent statusu ilə transfer olub.
 
Xatırladaq ki, Rikardo Karvalyonun son klubu “Monako” olub. Buna qədər o, “Portu”, “Çelsi” və “Real” kimi komandalarda çıxış edib.

 

Xəbər xətti