Kamran Ağayevin komandası qapıçı transfer etdi

17:58 - 9 Yanvar 2017

Millimizin futbolçuları - Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" klubu heyətinə yeni futbolçu qatıb.

 

Sportal.az xəbər verir ki, Portu təmsilçisi qapı xəttini gücləndirib. Belə ki, klub Belçikanın "Muskron" klubunda forma geyinən 30 yaşlı braziliyalı qapıçı Vaqner da Silvanı rənglərinə bağlayıb. Kamran Ağayevin yeni rəqibi mövsümün sonuna qədər "Boavişta"nın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki,  Kamran Ağayevin də Portuqaliya klubu ilə müqaviləsi mövsümün sonuna qədərdi. 

Xəbər xətti