"İnter"in futbolçusu "Sevilya"da

01:12 - 11 Yanvar 2017

İspaniyanın "Sevilya" klubunu heyətini bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliya "İnter"indən Stevan Yovetiçi transfer edib. Bu barədə məlumatı Əndəlus təmsilçisinin rəsmi saytı yayıb. O, mövsümün sonuna qədər icarə əsasında "Sevilya"da çıxış edəcək. 

 

Qeyd edək ki, monteneqrolu hücumçu cari mövsümdə "İnter" forması ilə meydana çıxdığı 9 oyunda 3 dəfə rəqib qapıçıları məyus edib.

Xəbər xətti