"Kəpəz" başladı

18:11 - 11 Yanvar 2017

“Kəpəz” çempionatın ikinci yarısı üçün hazırlığa başlayıb.

 

Sportal.az xəbər verir ki, futbolçu heyəti və məşqçilər korpusu bu gün Bakıda bir araya gəlib. “Sarı-göylər”in ilk məşqi Mərdəkanda dəniz kənarında olub. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq yüngül qaçışla davam edib. Məşq prosesi bir saat sürüb.

 

Komanda sabah da bu məkanda və eyni qaydada məşq edəcək. Bu gün və sabahkı çalışmalar əsas hazırlıq proqramı öncəsi ürək-damar və nəfəs sisteminin açılması, həmçinin orqanizmin güc yığmasına hesablanıb. 

 

2017-ci ilin ilk məşqində legionerlərdən Tadas Simaitis və Serjio Kosta iştirak edib. Julien Ebah bu gün axsam, braziliyalı futbolçular Dario Frederiko və Renan Alves isə sabah düşərgəyə qoşulacaq. Son üç futbolçunun gecikməsi Türkiyədəki qarlı hava şəraitinə görə İstanbula uçuşların ləğvi ilə bağlıdır.

Xəbər xətti