Konte rekorda imza atdı

16:07 - 13 Yanvar 2017

İngiltərədə 2016-cı ilin son ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Antonio Konte ötən ayın ən yaxşısı olub. 

 

İtaliyalı mütəxəssis ardıcıl üçüncü aydır ki, bu göstəricidə həmkarlarını üstələyir. Bununla da 47 yaşlı çalışdırıcı adını İngiltərə Premyer Liqası tarixinə yazdırıb. O, ardıcıl 3 dəfə bu mükafata layiq görülən yeganə məşqçidir.

 

Qeyd edək ki, Premyer Liqanın lider olan "Çelsi" dekabrda keçirdiyi 6 oyunun hamısında qalib gəlib. Bu oyunlarda 13 qol vuran London klubu qapısından 3 qol buraxıb.

 

Xəbər xətti