İbrahimoviç Premyer Liqada ən yaxşı seçildi

17:41 - 13 Yanvar 2017

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 2016-cı ilin son ayının ən yaxşısı "Mançester Yunayted"in isveçli forvardı Zlatan İbrahimoviç seçilib. 35 yaşlı hücumçu ay ərzində meydana çıxdığı 6 qarşılaşmada 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Ayın ən yaxşı qolu nominasiyasının qalibi isə "qırmızı şeytanlar"ın digər futbolçusu Henrix Mxitaryan olub. Erməni yarımmüdafiəçinin "Sanderlend"lə matçda (3 - 1) vurduğu "əqrəb vuruşu" ən gözəl qol hesab edilib.

Xəbər xətti