Yanvarın 11-dən Bakıda qış hazırlığı üçün bir araya gələn “Kəpəz” dəniz kənarında iki günlük məşqlərdən sonra bu gün toplanışın əsas hissəsinə start verib.
Sportal.az xəbər verir ki, komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında qalır.
“Sarı-göylər” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular bu müddət ərzində saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq. Gəncə klubu toplanış dövründə 4 yoxlama matçı da keçirəcək.
saytlarin hazirlanmasi