"Zirə"dən ayrılan futbolçu sabiq klubuna qayıdır

15:04 - 16 Yanvar 2017

Qış transfer dönəmində "Zirə"dən göndərilən albaniyalı futbolçu Gerhard Proqni karyerasını ölkəsində davam etdirə bilər. 


Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu sabiq klubu "Skenderbeu" ilə danışıqlara başlayıb. Onun yaxın günlərdə klubla müqavilə imzalayacağı gözlənilir. 

 

Proqni hazırda "Skenderbeu"nun Antalaydakı təlim-məşq toplanışındadır.


Qeyd edək ki, yarımmüdafiəçi mövsümün əvvəlində məhz "Skenderbeu"dan "Zirə"yə transfer edilmişdi. 

 

Xəbər xətti