Samir Abasov: "Çempionata qədər tam hazır vəziyyətə gələcəyik"

20:06 - 16 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" toplanış çərçivəsində keçirdiyi yoxlama oyununda Özbəkistanın "Nasaf" klubuna 0:1 hesabıyla uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "kimyaçılar"ın baş məşqçisi Samir Abasov klubun saytına fikirlərini bildirib: 

 

“Antalyada ikinci yoxlama oyunumuzu keçirdik. İki fərqli hissəyə şahidlik etdik. İlk yarıda əsas heyət üzvlərini, fasilədən sonra isə əvəzedici komandadan və ehtiyat oyunçuları sınaqdan keçirdik. Üç gündən sonra daha bir yoxlama oyunumuz olduğu üçün gücümüzü yarı bölmək üçün demək olar ki, bütün futbolçuların xidmətindən yararlandıq. Bu cür təlim-məşq toplanışlarının əsas önəmi də ondan ibarətdi ki, bütün futbolçuları yoxlayıb çempionata hazırlamaqdı. Maraqlı oyun oldu. Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam. Futbolçular demək olar ki, bütün tapşırıqların öhdəsindən gəldi. İrəliləyişi artıq hiss edirik. İnşallah çempionata qədər tam hazır vəziyyətə gələcəyik”.

Xəbər xətti