Məşhur hollandiyalı baş məşqçi Lui Van Qal karyerası ilə bağlı önəmli qərar qəbul edib.
Sportal.az xəbər verir ki, mütəxəssis karyerasını bitirdiyini bildirib. 65 yaşlı çalışdırıcı bu barədə açıqlamasında söyləyib:
“Çinə gedə bilərdim, ancaq imtina etdim. Ailəmdə xeyli hadisələr baş verib. Hesab edirdim ki, bir az dayanacam, yaradıcılıq məzuniyyəti götürəcəm. Ancaq sonradan fikrimi dəyişdim. Bir daha məşqçilik işinə qayıtmayacam”.
Lui Van Qala Çindən sərfəli təklif gəlmişdi. O, 3 il ərzində 50 milyon avro qazana bilərdi. 2016-cı ilin dekabr ayında onun qızlarından birinin həyat yoldaşı ölüb.
Qeyd edək ki, Van Qalın son iş yeri “Mançester Yunayted” olub.
saytlarin hazirlanmasi