Antalyada II dövrə hazırlıqlarını davam etdirən "Səbail" heyətini daha bir oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, "Qaradağ Lökbatan"nın yarımmüdafəçisi Tanrıverdi Məhərrəmli "Səbail"ə transfer olunub.
İndiyədək "Ağsu" və "Qaradağ Lökbatan"ın şərəfini qoruyan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" Rəşad Əzizli, Emil Balayev, Samir Əhmədov, Ruslan Tağızadə, Mirzağa Hüseynpur, Eltun Yaqublu, Aslan Hüseynov və Orxan Qurbanlını da heyətinə qatıb.
saytlarin hazirlanmasi