Bakıda hazırlığı davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə bu gün ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, “sarı-göylər” MOİK-lə qarşılaşıb. Birinci divizion klubu ilə görüş qolsuz bərabərliklə yekunlaşıb.
MOİK-ə qarşı oyunda Gəncə təmsilçisinin ilk “11-liy”i belə olub:
Davud Kərimi, Şəhriyar Əliyev, Qaraxan Əliyev, Novruz Məmmədov, Yusif Cəfərov, Elcan Rəhimov, Tural Rzayev, Əli Səmədov, Emin Zamanov, Fərid Məmmədov, Tural Qürbətov.
“Kəpəz” bu gün daha bir sınaq matçına çıxacaq. Komanda saat 15:00-da AZAL-la qarşılaşacaq.
saytlarin hazirlanmasi