"Traktor Sazi" xal itirdi

17:53 - 17 Yanvar 2017

İran çempionatında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Təbrizin "Traktorsazi" klubu öz meydanında  "Sanat Naft"la qarşılaşıb. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

 
Doğma meydanda vacib 2 xal itirən təbrizlilər lider ola bilməyib. Komanda hazırda 34 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Persepolis"in isə 35 xalı var. 

Xəbər xətti